Haqqımızda



Hamilələr, hamiləlik planlayan və ya yeni ailə quran xanımlar üçün xüsusi bir təlim mərkəzi fəaliyyətə başladı.


“Ege Hospital Hamilə Klubu” adı altında fəaliyyət göstərən mərkəzə yeni uşaq dünyaya gətirmiş, hamiləliyin hər hansısa bir həftəsində olan və ya hamiləlik planlayan xanımlarımız qoşula bilər.

Ginekoloq, pediatr, dietoloq, psixoloq və doğuma kömək edən tibb bacılarının iştirakı ilə keçən təlimlərdə xanımlarımız hamiləlik öncəsi, hamiləlik zamanı, doğum və doğum sonrası dövrdə qarşılaşa biləcəkləri hallarla bağlı məlumat ala biləcəklər.

Təlimlər bütün vasitələrlə təmin olunmuş rahat mühitdə keçirilir. Nəzəri məlumatlarla birlikdə praktiki məşğələlərin də daxil edildiyi təlimdə iştirakçılar mövzu ilə əlaqəli suallarını soruşub, yerindəcə cavab ala biləcək. Təlimi başa vuran iştirakçılara sertifikat verilir.


Modullara baxQeydiyyatdan keç

Təlimlərdə iştirak ödənişsizdir.


Bizi sosial şəbəkədə izlə

Ən son yeniliklərdən vaxtında xəbərdar ol.


Əlaqə nömrəmiz

1117
(050) 299 11 17


© 2019 Ege Hospital. Bütün Hüquqlar qorunur. Site by Digitale.az



© 2019 Ege Hospital. Bütün Hüquqlar qorunur. Site by Digitale.az